Sariya Matlab Mammadova
POSSIBILITIES OF APPLYING ARTIFICIAL INTELLIGENCE IN THE EDUCATIONAL PROCESS
Xülasə.
Təqdim olunan məqalədə müəllif ümumtəhsil məktəblərində süni intellektdən istifadənin
üstünlüklərini vurğulayaraq, şagirdlərin motivasiyasını artırdığını və
müəllimlərin iş yükünün azaldılmasını qeyd edir. Biliyin qiymətləndirilməsi
prosesinin obyektivləşdirilməsində və avtomatlaşdırılmasında süni intellektin
roluna xüsusi diqqət yetirilir ki, bu da monitorinqin daha səmərəli
aparılmasına imkan verir. Məqalədə həmçinin süni intellektin təhsilə
inteqrasiyası ilə bağlı çətinliklər, o cümlədən texniki, pedaqoji, sosial, hüquqi
və etik maneələr təhlil edilir.
Açar sözlər: süni intellekt, obyektiv qiymətləndirmə, şagirdlər,
müəllim, təhsil texnologiyaları
