Sabina Arif Aliyeva
ENGLISH AS A CRUCIAL TOOL IN INTERNATIONAL BUSINESS COMMUNICATION
Xülasə. Hazırkı
qloballaşan dünyada biznes ingilis dili biliyinə yiyələnmək artıq xüsusi bir
hal olmaqdan çıxaraq zərurətə çevrilmişdir. Bu bacarığa sərmayə qoymaq,
beynəlxalq səviyyədə rəqabətə tab gətirmək və davamlı var olmaq istəyən
şirkətlər üçün prioritetə çevrilib. Belə sərmayələr təkcə biznes uğuruna deyil,
həm də əməkdaşların şəxsi və peşəkar inkişafına və eyni zamanda ümumilikdə
bütün təşkilatın inkişafına töhfə verir. Nəticə etibarilə demək olar ki, müasir
biznes dünyasında ingilis dili bacarığı qlobal bazarlara çıxışı təmin edən,
üfüqləri genişləndirən və beynəlxalq arenada uzunmüddətli işgüzar
münasibətlərin qurulmasına şərait yaradan ünsiyyət vasitəsi olaraq, uğura
aparan ən vacib elementdir.
Açar sözlər: qloballaşma, mədəniyyətlərarası ünsiyyət, beynəlxalq
biznes, Ingilis dili biliyi, danışıqlar, iqtisadi inteqrasiya, çoxmillətli
şirkətlər
