Sevinj Xazay Jalilova

INTEGRATION OF ANALOG-DIGITAL TECHNOLOGIES INTO THE PHYSICS TEACHING PROCESS AT A PEDAGOGICAL UNIVERSITY

Xülasə. Tədqiqatın aktuallığı peşə təhsili sahəsində İKT-nin vaxtında tətbiqi ilə mövcud “rəqəmsal” alətlərin çoxluğunun təhsil “məhsuldarlığının” – ali məktəblərdə göstərilən təhsil xidmətlərinin keyfiyyət göstəricilərinin artımı baxımından – kifayət qədər konkretləşdirilməməsi arasında aşkar edilmiş ziddiyyətin aradan qaldırılması zərurəti ilə əsaslandırılır. Təhsil prosesinin təşkili ilə bağlı problemli məqamların vaxtında həllinin vacibliyi tədqiqatın məqsədini formalaşdırmağa imkan vermişdir – fizikanın tədrisi zamanı pedaqoji universitet tələbələrinin peşə hazırlığı nümunəsində analoq-rəqəmsal informasiya çevrilmələrinin didaktik imkanlarının müəyyənləşdirilməsi. Mövcud mövzu üzrə digər müəlliflərin tədqiqat nəticələrinə is­ti­nad edilməsi tədris informasi­yasının analoq-rəqəmsal və rəqəmsal-analoq çevrilmələri əsasında təhsil pro­se­si­nin təşkili alqoritminin yaradılmasını və tətbiq imkanlarının əsaslandırılmasını mümkün etmişdir. Təd­qi­qa­tın nəticəsi olaraq pedaqoji universitetdə fizikanın tədrisi zamanı keyfiyyət göstəricilərinin artırıl­ma­sı­n­a ma­ne olan çətinliklərin aradan qaldırılmasına imkan verən təhsil məkanının təşkili alqoritmi təklif olunmuşdur.

Açar sözlər: analoq-rəqəmsal çevrilmələr; rəqəmsal-analoq çevrilmələr; fizika; didaktik imkanlar; tələbələr; pedaqoji universitet

Volume 93, №1 2026

Other news

Hazırlanır

Kamran Gasimov Kamran Gasimov
0 min. read
INSTITUTE OF EDUCATION OF THE REPUBLIC OF AZERBAIJAN
EDITORIAL OF SCIENTIFIC WORKS JOURNAL