Afsana Elshad Alizadeh Huseynli
SPREADING
ENLIGHTENMENTAL IDEAS IN YEREVAN THROUGH THE PRESS
Xülasə. Məqalədə XIX əsrin
sonu XX əsrin əvvəllərində İrəvan şəhərində baş verən ictimai-siyasi və mədəni proseslər fonunda
maarifçilik ideyalarının formalaşması və
yayılması prosesi tədqiq olunur. Tədqiqatda maarifçi ziyalıların ictimai
düşüncənin inkişafında, milli oyanışın güclənməsində və təhsilin yayılmasında
oynadığı rolu mətbuat vasitəsilə izah edilir. Xüsusilə İrəvanda nəşr olunan qəzet
və jurnalların maarifçilik ideyalarının təbliğində əhəmiyyəti vurğulanır. Məqalədə
qeyd olunur ki, bu nəşrlər vasitəsilə savadsızlığa qarşı mübarizə aparılır,
xalq arasında milli özünüdərk, dünyəvi təhsil və elmə maraq aşılanırdı. Məqalədə
eyni zamanda, İrəvan azərbaycanlılarının maarifçilik fəaliyyətində
qarşılaşdığı çətinliklərə də toxunulur. Araşdırma ümumilikdə göstərir ki, İrəvanda
mətbuat maarifçi ideyaların yayılmasında güclü ictimai vasitə olmuşdur.
Açar sözlər: Maarifçilik, milli oyanış, təhsil və
savadlanma, İrəvan ziyalıları, mətbuat orqanları, cəmiyyətin maariflənməsi, mədəni dirçəliş
