Sevda Hidayat Akhundova

Published: 15/07/2026

THE INTERRELATIONSHIP BETWEEN EARLY MARRIAGE AND DRUG ADDICTION IN THE CONTEXT OF SOCIO-ECONOMIC FACTORS

Xülasə. Məqalədə sosial-iqtisadi amillər fonunda erkən nikah və narkotik asılılığının qarşılıqlı əlaqəsi kompleks şəkildə təhlil edilmişdir. Tədqiqat çərçivəsində hər iki fenomenin formalaşmasına təsir göstərən əsas struktur determinantlar – aşağı gəlir səviyyəsi, işsizlik, təhsil imkanlarının məhdudluğu, gender bəra­bər­siz­liyi və sosial nəzarət mexanizmlərinin zəifləməsi – nəzəri və analitik müstəvidə araşdırılmışdır. Müəyyən edil­mişdir ki, erkən nikah və narkotik asılılığı bir çox hallarda eyni sosial-iqtisadi zəmin üzərində formalaşır və qarşılıqlı gücləndirici təsir mexanizminə malikdir. Erkən nikah nəticəsində yaranan psixoloji və sosial məh­dudiyyətlər narkotik maddələrə meyli artıran risk faktoru kimi çıxış edə bilər. Eyni zamanda, narkotik ası­lılığı ailə münasibətlərində qeyri-sabitlik yaradaraq erkən və düşünülməmiş nikah qərarlarına təsir göstərə bilər. Məqalədə səbəb–nəticə əlaqələri sistemləşdirilmiş və problemin həlli üçün kompleks sosial siyasət ya­naş­masının zəruriliyi əsaslandırılmışdır.

Açar sözlər: erkən nikah, narkotik asılılığı, sosial-iqtisadi amillər, deviant davranış, gender bərabərsizliyi

License

This article is distributed under the terms of the Creative Commons Attribution 4.0 International License (CC BY 4.0).

Copyright

Authors retain copyright of this article.

Volume 93, № 4 2026

Other news

Hazırlanır

Kamran Gasimov Kamran Gasimov
0 min. read
INSTITUTE OF EDUCATION OF THE REPUBLIC OF AZERBAIJAN
EDITORIAL OF SCIENTIFIC WORKS JOURNAL