Kifayət Məmmədova

“YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” İLƏ ƏLAQƏDAR KEÇİRİLƏN TƏDBİRLƏRİN MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN DAVRANIŞ MƏDƏNİYYƏTİNİN FORMALAŞDIRILMASINA TƏSİRİ

Xülasə. Məqalədə məktəbəqədər yaşlı uşaqların canlı və cansız təbiətə qarşı davranışının, ekoloji mə­də­niyyətinin formalaşmasına təsir edən amillərdən, ekoloji mədəniyyətin xüsusiyyətlərindən danışılır. Bu­nun­la bağlı olaraq məqalədə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar respublikamızın bir sıra məktəbəqədər təhsil müəssisələrində keçirilən layihə və təd­birlərin uşaqlarda təbiəti qorumaq, ona qayğı və məhəbbətlə yanaşmaq hissinin, bacarıqlarının for­ma­laş­dırılması haqqında ətraflı məlumat verilir. Qeyd etmək lazımdır ki, məktəbəqədər təhsil müəssisələrinin tər­biyəçi-müəllimlərinin respublikamızda keçirilən bu kimi tədbirlərin məzmun və strukturundan faydalanaraq, şəbəkəli şəkildə fəaliyyət göstərmələri, müxtəlif fəaliyyət növləri zamanı tətbiq etdikləri praktik nümunələr, həm­çinin valideynləri də bu işə cəlb etmələri uşaqları prosesin aktiv iştirakçısına çevirərək, onlarda canlı və can­sız təbiətə qayğı göstərmək, yaşıllığı qorumaq, onlara qulluq etmək və s. kimi etik bacarıqların for­ma­laşması və inkişafına zəmin yaradır.

Açar sözlər: davranış mədəniyyəti, məktəbəqədər yaşlı uşaq, inkişaf, tərbiyə, təlim, valideyn, tərbiyəçi-müəllim, yaşıl dünya, ekologiya, təbiətin qorunması, formalaşdırma, tədbirlər.

Cild 91, №5 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI