TƏQDİM
OLUNAN MƏQALƏLƏRƏ TƏLƏBLƏR
1. Digər redaksiyalara təqdim
olunmamış məqalələr qəbul edilir.
2. Məqalələr son tədqiqatların
nəticələrini əks etdirməli, yeni ideyalarla zəngin olmalı, elmi məqalələrin
yazılışına qoyulan tələblər gözlənilməlidir.
3. Məqalələrdə öz əksini tapan
fikirlər müəlliflərə aid olmalıdır. İstifadə edilmiş foto materiallar açıq mənbələrdən
götürülməlidir. Antiplagiat və digər tədqiqat etikasının tələblərinin təmin
olunması məqalə müəlliflərinin məsuliyyətindədir.
4. Plagiatlıq faktları aşkar
edildikdə həmin məqalənin nəşri dayandırılır.
5. Təqdim olunan məqalələrdə
müəlliflərə aid Orcid öz əksini tapmalıdır.
6. Məqalələr Azərbaycan, rus və
ingilis dillərində qəbul edilir Hər məqaləyə adları çəkilən dillərdə xülasələr
və açar sözlər yazılır.
7. Məqalələr Azərbaycan. dilində
latın əlifbası (Times New Roman), rus dilində krill əlifbası və ingilis
dilində ingilis (ABŞ) əlifbası ilə Times New Roman - 14 şrift ilə 1,5
intervalla yığılmalı, elektron variantı ilə birlikdə (filəşkartda) təqdim olunmalıdır.
8. Məqalələr üç dildən -
Azərbaycan, rus və ingilis dillərindən birində çap olunur. 3 dildə (Azərbaycan,
rus və ingilis) məqalənin xülasəsi təqdim edilir. Xülasədə irəli sürülən
başlıca elmi müddəalar, tədqiqatdan alınan nəticələr, problemin nəzəri və
praktik əhəmiyyəti öz əksini tapmalıdır.
9. Məqalə aşağıdakı ardıcıllıqla
yazılır: birinci sətirdə müəllif(lər)in adı, atasının adı və soyadı; ikinci
sətirdə elmi dərəcəsi və elmi adı (yaxud doktorant də dissertant olması və s.);
üçüncü sətirdə iş yeri, vəzifəsi; dördüncü sətirdə böyük hərflərlə məqalənin
adı. Daha sonra bu qaydada həmin məlumatlar rus və ingilis dillərində təkrar
edilir.
10. Həmmüəlliflərin üç nəfərdən
artıq olması məqsədəuyğun deyildir.
11. Redaksiya məqalədə zəruri
dəyişiklər və ixtisarlar, redaktə aparrmaq hüququna malikdir. Məqalələrə iki
mütəxəssisin rəyi, şöbə və ya kafedranın, həmçinin ali məktəbin Elmi Şurasının
və ümumtəhsil, yaxud orta ixtisas təhsili müəssisəsinin pedaqoji şurasının
iclas protokollarından çıxarışlar əlavə olunur.
12. Məqalədəki faktların,
məlumatların dürüstlüyünə müəlliflər cavabdehdir. İrəli sürülən elmi müddəalar
müəllifin özünə məxsus olmalı, istifadə edilmiş nəzəri fikirlərin mənbəyi
göstərilməlidir.
13. Məqalədə son 5-10 ildə çap
olunan əsərlərə istinadlara üstünlük verilməlidir. Məqalənin sonunda verilən
ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların
mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və məsələn, (1) və ya (1, s.
119) kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar
istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə
göstərilməlidir.
14. Jurnal öz profilinə uyğun
məqalələri dərc edir.
15. Elmi məqalələrin sonunda elm
sahəsinin və məqalənin xarakterinə uyğun olaraq aktuallıq əsaslandırılmalı,
elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə
verilməlidir.
16. Daha sonra istinad olunmuş
ədəbiyyatın siyahısı verilir.
17. Məqalə müəlliflərinin hüquqları
qorunur.
18. Jurnalda “ardı növbəti nömrədə”
adı altında seriya məqalələr dərc olunmur.
19. Məqalələrin müxtəlif dillərdə
olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun
gəlməlidir.
20. Məqalənin sonunda rəyçilərin
adı, atasının adı və soy adı, elmi dərəcəsi və elmi adı; sonrakı sətirdə məqalə
müəllifinin elektron ünvanı (E-mail) göstərilməlidir.
21. Məqaləyə müəllif haqqında
aşağıdakı məlumatlar əlavə olunur: məqalə müəllif (lər)inin adı, atasının adı
soyadı, işlədiyi müəssisə (hansı müəssisədə doktorant və dissertant olması) və
müəssisənin ünvanı, müəllif(lər)in vəzifəsi, elmi dərəcəsi və adı, iş və ev
telefonları, ev ünvanı, elektron poçt ünvanı (Email).
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATIN
BİBLİOQRAFİK TƏSVİRİ
Jurnalımızın son səhifələrində
azərbaycanca, rusca və ingilis dilində “Məqalələrin yazılışına verilən tələbləri‖
əks etdirmişik. Bəzi müəlliflər həmin tələbləri ciddi şəkildə nəzərə aldıqları
halda digər müəlliflər mövcud qaydaları gözləmədən redaksiyaya məqalə gətirir,
yaxud elektron poçtla göndərirlər. Bu isə, o deməkdir ki, təqdim olunan məqalə
işlənmək üçün geri qaytarılmalı, yaxud da redaksiya tərəfindən redaktə edilməlidir.
Belə məqalələr, adətən zəif
olur, özündə elmi ideya əks etdirmir, təsviri xarakter daşıyır, məqalənin
sonunda verilən ədəbiyyat siyahısı da necə gəldi formalaşdırılır.
2019-cu ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının yeni Əsasnaməsi
təsdiq olunmuş, dissertasiyaların, avtoreferatların, ədəbiyyat siyahısının tərtibinə
yeni tələblər verilmişdir.
Ölkəmizdə dissertasiyaların əsas
nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərdə öz məqalələrini görmək
istəyən alimlər, gənc tədqiqatçılar – doktorantlar və dissertantlar “İstifadə
edilmiş ədəbiyyatın biblioqrafik təsviri və nümunələr”i ilə tanış olmalı, həm
dissertasiyalarında, həm məqalələrində, həm də konfrans materiallarında mövcud
tələbləri nəzərə almalıdırlar.
“İstifadə edilmiş ədəbiyyatın
biblioqrafik təsviri və nümunələr”i aşağıdakı bölmələrə ayrılır: nəşrin növü;
biblioqrafik təsvirin forması; nümunələr.
Tələblərə diqqət yetirək:
Çoxcildli nəşrlər belə yazılır: 1. Əliyev, H.Ə. Müstəqilliyimiz
əbədidir: [46 cilddə] / H. Əliyev.
– Bakı: Azərnəşr, – c. 45. 2013.
– 384 s.
2. Azərbaycan Milli
Ensiklopediyası / Red. hey. sədri İ.H. Əliyev. – Bakı: Azərbaycan Milli
Ensiklopediyası Elmi Mərkəzi, – c. 8: Enollar – Fedin. – 2018. – 598 s.
Müəllifi göstərilməyən nəşrlər: Azərbaycan bayatıları / tərt.
ed. B.Abdulla – Bakı: XXI Yeni nəşrlər evi, – 2004. – 304 s.
Müəllifi dörd nəfərədək olan nəşrlər,
o cümlədən bir müəllifli nəşrlər:
Əlizadə, Ə.Ə. Qadın
psixologiyası: Fəlsəfi-psixoloji esselər / Ə.Ə. Əlizadə. ‒ Bakı: Təhsil, –
2015. ‒ 416 s.
İki və üç müəllifli nəşrlər:
Abbasov, A.N. Pedaqogika: Müntəxəbat.
Dərs vəsaiti. / A.N. Abbasov, R.R. Məmmədzadə, L.A. Məmmədli. – Bakı: Mütərcim,
– 2021. – 608 s.
Müəllifi dörd və daha çox olan nəşrlər. Dörd və beş müəllifli nəşrlər:
Pedaqogika: Ali məktəblər üçün dərs vəsaiti / Y.R. Talıbov, Ə.Ə. Ağayev, A.İ.
Eminov [və b.] – Bakı: Adiloğlu, – 2003. – s. 48
Beşdən çox müəllifli nəşrlər:
Kurikulum bələdçisi:
İzahlar və tətbiqlər / Ə.M. Abbasov [və b.] – Bakı: Elm və təhsil, – 2019. –
320 s.
Jurnal məqalələri: Məmmədli L.A. Şagirdlərin
milli qəhrəmanların nümunəsində tərbiyə olunması // – Bakı: Azərbaycan
Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri, – 2020. № 6, – s. 59-62.
Müəllifi üçdən çox olan jurnal məqalələri:
Rüstəmov, Q.Ə. Vibrasiyalı kəsmə
prosesində müqavimət momenti dəyişməsinin tədqiqi / Q.Ə. Rüstəmov, İ.A.
Yolçuyev, Ə.T. Həzərxanov [və b.] // Milli Aviasiya Akademiyasının Elmi əsərləri,
– Bakı: – 2005. №1, – s. 80-86.
Konfrans materialları: Аббасов, А.Н. Подготовка
подростков и молодежи к семейной жизни // Материалы 66-й Международной
научно-практической конференции на тему: «Актуальные вопросы науки», Москва:
Спутник: -10 августа 2020, с. 33-37
Azərbaycan Respublikasının Təhsil
İnstitutunun Elmi əsərləri, Cild 89 , № 6, 2022, № 5
Dissertasiyalar: Əmirəliyeva, İ.B. Ali məktəb tələbələrində
tolerantlığın formalaşdırılması: / pedaqogika üzrə fəlsəfə doktoru
dissertasiyası) / – Bakı, 2013. – 147 s.
Dissertasiyanın avtoreferatı: Əliyev, R.S. Yeniyetmələrin yenidəntərbiyəsi
üzrə işin sistemi: / pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyasının
avtoreferatı) / - Bakı, 2003. - 29 s.; 218
Scientific
Works of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 90,
Number: 2, 2023
Elektron resurslar: Меликов, A. Легенда о любви
[Звукозапись] / – Баку, 1994. – CDROM. Azərbaycan etnik musiqisi: [Elektron
resurs] / tərt. ed. T. Məmmədov və b.; Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi. – Bakı, 2006. – DVD+; 13 sm
Normativ-hüquqi sənədlər: Azərbaycan Respublikasının
Konstitusiyası // 12 noyabr 1995-ci ildə qəbul edilmişdir (24 avqust 2002-ci il
tarixdə olan dəyişiklik və əlavələr). – Bakı: Qanun, – 2002, – 48 s.
Qəzet məqalələri: Abbasov,
A.N. Pedaqoji internatura // Azərbaycan müəllimi. -2020, 22 avqust. – s. 6
Arxiv materialları: Xarici İşlər naziri Məhəmməd Həsən
Hacınskinin məruzəsi (Gənсə: 15 iyul 1918-ci il) // Azərbaycan Respublikası
Dövlət Arxivi, Fond № 1061, siyahı №1, iş № 95, vərəq 1.
Azərbaycan Respublikasının Təhsil
İnstitutunun “Elmi əsərlər”inə pedaqogikanın, təhsil, təlim və tərbiyənin,
didaktikanın, təhsilin idarə olunmasının müxtəlif məsələləri ilə bağlı məqalə
yazan alimlərə, gənc tədqiqatçılara xahişimiz budur ki, istifadə edilmiş ədəbiyyatın
siyahısını hazırlayarkən yuxarıda göstərilən qaydalara əməl etsinlər.