Cavadov İlham Ağaqardaş oğlu
02 yanvar 1979-cu ildə Salyan rayonunun Xalac kəndində anadan olub, 01 sentyabr
1986-cı ildə birinci sinfə gedib, 1996-cı ildə İ.İbrahimov adına Xalac-1 kənd
orta məktəbini fərqlənmə attestatı ilə bitirib.
1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Mühəndis pedaqoji fakültəsinə qəbul olunub, 2000-ci ildə həmin
fakültəni fərqlənmə diplomu ilə bitirib.
2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə
magistraturasına qəbul olunub, 2002-ci ildə magistratura təhsilini fərqlənmə
diplomu ilə bitirib.
2002-ci ildə Azərbaycan Respublikasının Təhsil
Problemləri İnstitutuna Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
ixtisası üzrə əyani doktoranturaya qəbul olunub, 2006-cı ildə “Ümumtəhsil məktəblərində
monitorinq və qiymətləndirmə üzrə işin sistemi” mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının 3 aprel 2007-ci il tarixli (protokol №12-k) qərarı
ilə pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb.
2011-ci ildə Azərbaycan Respublikasının Təhsil
Problemləri İnstitutuna Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi
ixtisası üzrə elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunub, hazırda
“Ümumtəhsilin keyfiyyətinin idarəolunmasının pedaqoji əsasları” mövzusunda
doktorluq dissertasiyası üzərində işləyir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyasının 22 fevral 2012-ci il tarixli (protokol
№07-k) qərarı ilə ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası
üzrə dosent elmi adı alıb.
01 fevral 2006-cı il tarixindən Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunda böyük elmi işçi, 05 yanvar
2007-ci il tarixdən aparıcı elmi işçi, 10 mart 2009-cu il tarixdən 12 may
2014-cü il tarixinədək institutun Kurikulum Mərkəzində aparıcı elmi
işçi-koordinator, 12 may 2014-cü il tarixdən 22 noyabr 2018-ci il
tarixinədək şöbə müdiri, 22 noyabr 2018-ci il tarixdən 28 fevral 2023-cü il tarixinədək
Elmi pedaqoji tədqiqatlar Mərkəzinin direktoru vəzifəsində işləyib. Hazırda
institutun direktor müavini vəzifəsində çalışır.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Cavadov
İlham Ağaqardaş oğlu Təhsildə monitorinq və qiymətləndirməyə, təhsilin keyfiyyətinin
idarəolunmasına, şagird nailiyyətlərinin qiymətləndirilməsinə və ümumtəhsil məktəblərində
tədrisin təşkilinə dair 4 metodik vəsaitin, 35 qəzet və jurnal məqaləsinin, 6
tezisin müəllifidir. Yüksək ixtisaslı elmi-pedaqoji
kadr hazırlığında fəal iştirak edir. Onun rəhbərliyi ilə ümumi pedaqogika,
pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə 5 nəfər fəlsəfə doktoru proqramı
üzrə təhsil alır, 2 nəfər təhsilini müvəffəqiyyətlə başa vurmuş, sənədlərini
müdafiəyə təqdim etmişdir.
İ.A. Cavadov 2021-ci ildə ölkə başçısı tərəfindən
“Tərəqqi” medalına layiq görülmüş, 2011 və 2023-cü illərdə respublika Elm və Təhsil
Nazirliyi, 2024-cü ildə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən
“Təşəkkürnamə” ilə təltif olunmuşdur.
Ümumi təhsildə məzmun və qiymətləndirmənin,
inklüzivliyin, müəllimlərin işə qəbulu və fəaliyyətinin qiymətləndirilməsinin
öyrənilməsi məqsədilə 2015-ci ilin 26-30 aprel, 07-12 iyun, 2023-cü ilin 19-25
mart tarixlərində Fransa Respublikasına təşkil olunmuş tədris səfərində,
2022-ci ilin 11-15 may tarixlərində Türkiyə Respublikasında beynəlxalq təhsil
forumunda iştirak etmişdir.
2008/2009, 2009/2010, 2010/2011-ci tədris
illərində Azərbaycan Müəllimlər İnstitutunda 0,5 ştat əvəzçi müəllim vəzifəsində,
2022/2023, 2023/2024-cü tədris illərindən isə, Azərbaycan Dövlət Pedaqoji
Universitetində 0,5 ştat əvəzçi dosent vəzifəsində çalışır.
Təhsil Nazirliyi tərəfindən təşkil olunan
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsinin ekspert
komissiyasının (I-VI qrant müsabiqələrinin) üzvü olmuşdur.
Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin təsisçisi olduğu “İbtidai məktəb və məktəbəqədər
təhsil” elmi-metodik jurnalın, “Azərbaycan məktəbi” elmi-nəzəri pedaqoji
jurnalın redaksiya şuralarının üzvü, Azərbaycan Respublikasının Təhsil
İnstitutunun təsisçisi olduğu “Elmi əsərlər” məcmuəsinin baş redaktor
müavinidir.
2014-cü ildən Yeni Azərbaycan Partiyasının
üzvü, 2022-ci ildən isə Yeni Azərbaycan Partiyası Səbail Rayonu “Zərifə Əliyeva
96” Ərazi Partiya Təşkilatının sədridir.