Hümeyir Hüseyn oğlu
Əhmədov 1958-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1979-cu ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun (hazırda ADPU) riyaziyyat fakultəsini fərqlənmə
diplomu ilə bitirmiş, təyinatla 1979-1984-cü illərdə Azərbaycan SSR-nin Dəmir yolu orta məktəblərində riyaziyyat, fizika və əmək müəllimi,
C.Naxçıvanski adına hərbi təmaüllü orta məktəbdə tərbiyəçi-müəllim, A.S. Makarenko
adına 12 nömrəli rus dili təmaüllü internat məktəbində riyaziyyat müəllimi kimi
əmək fəaliyyətini davam etdirmişdir. 1984-1987-ci illərdə Azərbaycan Elmi-Tədqiqat
Pedaqoji Elmlər İnstitutunun (Təhsil Problemləri İnstitutu) aspiranturasında əyani
təhsil almış, 1988-ci ildə 13.00.01 pedaqogika nəzəriyyəsi və tarixi ixtisası
üzrə namizədlik dissertasiyasını müdafiə edərək, kiçik elmi işçidən baş elmi
işçi vəzifəsinədək yüksəlmiş, 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən
böyük elmi işçi elmi dərəcəsi verilmişdir. 2000-ci ildən hal-hazıra kimi Azərbaycan
Respublikasının Təhsil Institutunda elmi-pedaqoji kadr hazırlığı şöbəsinin
müdiri vəzifəsində işləyir.
H.H. Əhmədov pedaqogika
üzrə elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının xarici
üzvü, Rusiya Təhsil Akademiyasının əməkdar elm və təhsil xadimidir.
Təhsilin hüquqi nizamlanmasının elmi əsaslarını
tədqiq etmiş, ölkədə ilk dəfə olaraq ali
məktəblər üçün “Təhsil hüququ” fənninin proqramını və dərsliyini
hazırlamışdır. Bundan başqa, ali məktəblər
üçün iki dərs vəsaitinin həmmüəllifi, kolleclər üçün ilk dəfə Azərbaycan dilində
“Pedaqogika” proqramı, dərs vəsaiti və dərsliyini hazırlamış, orta məktəblərin
V-VIII sinifləri üçün hazırlanan “Əmək təlimi” və II-IX sinif şagirdləri üçün
“Texnologiya” dərslikləri, dərs vəsaitləri, müəllim üçün metodik vəsaitlərin, həmçinin
iş dəftərlərinin həmmüəllifidir.
H.H. Əhmədovun 10
monoqrafiyası Azərbaycan, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr
olunmuşdur. Ümumilikdə ümumtəhsil məktəblər üçün iki adda, kolleclər ünün bir
adda, ali təhsil müəssisələri üçü dörd adda dərslik və dərs vəsaitlərinin müəllifi
və həmmüəlifidir.
Müxtəlif illərdə bir
sıra ali və orta ixtisas məktəblərində əvəzçiliklə dərs demişdir. O, Azərbaycan
və ingilis dillərində çap olunmuş “Azərbaycan Təhsilinin İnkişaf Strategiyası”
adlı irihəcmli monoqrafiyasında ölkəmizdə təhsil siyasətinin istiqamətlərinin və
təhsil sisteminin əsaslı surətdə yenidən qurulması prosesində baş vermiş
sosial-pedaqoji hadisələrin mürəkkəbliyi, onun dərin ziddiyyətlərini ətraflı təhlil
etmiş, islahatların qaçılmazlığı və labüdlüyünü
əsaslanmışdır.
H.H. Əhmədov 1985-ci
ildən SSRİ PEA-nın “Məktəb və pedaqogika tarixi” üzrə problem şurasının üzvü,
2003-cü ildən ABŞ-ın Minnesota
Universitetinin “Təhsilin strateji planlaşdırılması üzrə Koordinasiya
Şurasının” üzvü və fəxri professorudur. O, 2006-cı ildə “Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 2008-ci
ildə ona “YUNESKO müəllimi” fəxri adı
olan sertifikat verilmişdir (Kazan şəhəri). 2008-ci ilin sentyabr ayında Rusiya
Federasiyasının üçüncü dərəcəli “Долг и честь” ordeni ilə təltif edilmişdir.
2009-cu ildə Rusiya Federasiyası Elm və Təhsil
nazirliyinin pedaqoji elmlərin inkişafında xidmətinə görə “K.D. Uşinski”
adına medalla təltif olunmuşdur. 2017-ci ildə RTA-nın “Əməkdar elm və təhsil
xadimi” fəxri adın layiq görülmüşdür. ATİAHİ RK-nin100 illiyi medalı - 2021 (№2643), Azərbaycan Respublikası Prezidentinin 05.10.2021-ci il tarixli 2942 nömrəli
Sərəncamı ilə “Tərəqqi” medalı (I-6259) ilə təltif olunmuşdur.
2011-ci
ildə “Qloballaşma şəraitində Azərbaycan Respublikasında ali təhsilin modernləşdirilməsi”
mövzusunda doktorluq dissertasiyasını müdafiə etmisdir. Azərbaycan
Respublikasının Prezidenti yanında AAK-nın müvafiq qərarı ilə ona pedaqogika
üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə isə professor elmi adı
verilmişdir.
2004-cü ildən
“Pedaqoqlar sülh və qarşılıqlı anlaşma uğrunda” Beynəlxalq hərəkatının Azərbaycan
təşkilatının üzvü, 2005-ci ilin yanvar ayında Moskva şəhərində Pedaqoji və
Sosial Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ilin aprel ayında isə həqiqi
üzvü, 2006-cı ilin aprel ayında Rusiya
Dövlət Təhsil Akademiyasının xarici üzvü (https://rao.rusacademedu.ru/akademiya/inostrannye-chleny-rao), 2007-ci ilin noyabr ayında Pedaqoji Təhsilin Beynəlxalq
Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir.
2008-ci ilin
fevralında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan
Respublikası “Təhsil şurası” ictimai birliyinin idarə heyətinin üzvü seçilib.
“Qızıl qələm” media mükafatı laureatıdır.
2008-ci ilin
dekabrında Rusiya Hüquq Elmləri Akademiyasının, 2012-ci ilin iyununda isə
Rusiya Federasiyasının Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü
(akademiki) seçilmişdir.
2017-ci ildə Rusiya
Təbiətşünaslıq Akademiyasının müxbir üzvü,
2020-ci ildə isə həqiqi üzvü (akademiki) seçilib (https://www.famous-scientists.ru/16230/).
Hümeyir
Hüseyn oğlu Əhmədov Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda yaratdığı (N
02.191 və B/D 02.191), ADPU-nun nəzdində fəaliyyət göstərən (FD 02.061 və B/D
02.061), həmçinin ADPU-nun nəzdində fəaliyyət göstərən (FD 2.15) dissertasiya
şuralarının üzvü olmuşdur. ARTİ-nin “Elmi əsərlər”, TN-nin “Azərbaycan məktəbi”, “Kurikulum”,
“Pedaqogika”, Bakı Qızlar Universitetinin “Elmi əsərlər” jurnallarının, həmçinin
Moskvada nəşr olunan “Право и жизнь”, RF AAK-nın tövsiyə etdiyi siyahıya daxil
olan “Муниципальное образование: инновации и эксперимент”, “Инновационные
проекты и программы в образовании” və “Образование.
Наука. Научные кадры”, həmçinin
İndeksli “Revista Genero e İnterdisciplinaridade” jurnallarının
redaksiya heyətinin üzvüdür.
Azərbaycanın
elm və təhsil sahəsində qazandığı nailiyyətləri xarici ölkələrdə keçirilən elmi
sipozium və konfranslarda layiqincə təmisil və təbliğ edir. 2018-ci ildə Fransanın Paris şəhərində
keçirilən kitab sərgisində “The Strategy of Education Development in Azerbaijan” monoqrafiyası və ali təhsil müəssisələrinin bakalavr səviyyəsi
üçün yazdığı “Pedaqogika” dərsliyi
“Qızıl medal”la mükafatlandırılmışdır.
Onun elmi
rəhbəri olduğu bir nəfər dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi
almışdır.
500-dən artıq elmi əsərin,
10 monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, metodik vəsait və proqramın müəllifidir. Ümumtəhsil, kollec
və ali təhsil müəssisələri üçün dərslik və dərs vəsaitinin müəllifi və həmmüəlifidir.
© Azərbaycan Respublikasının Təhsil İnstitutu 2025. Müəllif hüquqları qorunur.
Developed by Deirvlon Technologies