İradə Böyükağa qızı Əmirəliyeva 1967-ci ildə Quba şəhərində anadan
olmuşdur. 1984-1989-cu illərdə S.M. Kirov adına Azərbaycan Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, 2003-cü ildə Azərbaycan
Müəllimlər İnstitutunun yenidənhazırlanma təhsilinin psixologiya ixtisası üzrə
tam kursunu bitirmişdir.
2010-cu ildən Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun
Ali və orta ixtisas təhsilinin nəzəri problemləri (sonralar Müəllim hazırlığı
kurikulumu) şöbəsində böyük elmi işçi vəzifəsində çalışmağa başlayıb. Hazırda
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi katibliyində aparıcı elmi
işçi vəzifəsində çalışır.
İ.B. Əmirəliyeva 2015-ci ildə “Ali məktəb tələbələrində tolerantlığın
formalaşdırılması” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi
dərəcəsi almışdır.
Tələbələrin mənəvi tərbiyəsi, təlim prosesinin optimallaşdırılması, gənclərdə
tolerantlığın formalaşdırılması, ilkin müəllim hazırlığı sahəsində səmərəli tədqiqatlar
aparır. “Ali məktəb tələbələrində tolerantlığın formalaşdırılması” adlı
monoqrafiyanın, “Pedaqoji fikir tarixindən”
adlı dərs vəsaitinin və eyni adlı tədris proqramının müəllifi, “Pedaqogika nəzəriyyəsi
və tarixi” dərsliyinin həmmüəlliflərindən biridir.
70 dən çox elmi məqaləsi və konfrans materialı çap olunmuşdur.
İ.B. Əmirəliyeva tədqiq etdiyi problemlərlə əlaqədar bir sıra respublika
və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmiş, ali təhsilimiz, ali məktəbdə
tərbiyə prosesinin təkmilləşdirilməsi ilə bağlı faydalı təkliflər irəli
sürmüşdür.
İ.B. Əmirəliyeva institutun ictimai həyatında, tədqiqat işlərinin və
dissertasiyaların müzakirələrində yaxından iştirak edir.