Aygün Verdiyeva

TƏLİM PROSESİNDƏ MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ SİSTEMİNİN ƏSAS ÜNSÜRLƏRI KİMİ DİAQNOSTİKA VƏ KORREKSİYA İŞLƏRİ

Xülasə. Bu məqalədə təlim prosesində monitorinq və qiymətləndirmə sisteminin əsas ünsürlərindən biri kimi diaqnostika və korreksiya işlərinin rolu araşdırılıb. Diaqnostika vasitəsilə tələbələrin bilik və ba­ca­rıq səviyyələrinin dəqiq müəyyən edilməsi, təlimdəki mövcud çatışmazlıqların aşkar olunması və nəticələr əsa­sında korreksiya tədbirlərinin tətbiqi vurğulanıb. Eyni zamanda, bu işlərin təlim prosesindəki effektivliyi artır­mağa, tələbələrin fərdi inkişafını və uğur göstəricilərini yaxşılaşdırmağa necə kömək etdiyi izah edilib. Ümu­milikdə məqalədə diaqnostika və korreksiya proseslərinin təhsilin keyfiyyətinin yüksəldilməsində mü­hüm bir vasitə olduğu önə çəkilib.

Açar sözlər: diaqnostika, korreksiya, monitorinq, qiymətləndirmə, təlim prosesi, təhsil keyfiyyəti, fərdi inkişaf, bilik və bacarıq.

Cild 91, №5 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI