Təranə İsmayılova
Açar
sözlər: coğrafi təhsilin
problemləri, tədrisin çatışmazlıqları, məktəbdə coğrafiya, coğrafi mədəniyyət
Təranə
Mehman qızı İsmayılova
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ COĞRAFİYA TƏLİMİNİN MÖVCUD PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI
Xülasə. Alimlər – coğrafiyaçılar, müəllimlər və
metodistlər vurğulayırlar ki, coğrafi təhsilin əsas məqsə- di coğrafi
savadlılıq və əhalinin arasında coğrafi mədəniyyətin formalaşmasının
artırılmasıdır. Məktəbdə coğrafiya fənni təbiət və ictimai elmlər sahəsində təhsilin
məzmununun inteqrasiyası vəzifəsini uğurla yerinə yetirə bilən azsaylı akademik
fənlərdən biridir. Tarix, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya fənləri
şagirdlərin ənə- nəviliyini formalaşdıran əsas akademik fənlərdir. Bunlar, ilk
növbədə, vətənpərvərliyin üzərində qurulduğu dövlət və siyasi dəyərlərdir. Bu
baxımdan orta məktəbdə coğrafiya əsas və qabaqcıl fənn kimi öyrənilməlidir.