Nərminə Quliyeva, Xavər Hacıyeva, Çimnaz Səlimova

Açar sözlər: kommunikativ, leksik, ingilis dilinin tədrisi

Nərminə Soltan qızı Quliyeva, Xavər Dadaş qızı Hacıyeva, Çimnaz Tapdıq qızı Səlimova

İNGİLİS DİLİ FAKÜLTƏLƏRİNİN TƏLƏBƏLƏRİNDƏ LEKSİK BACARIQLARIN FORMALAŞDIRILMASI YOLLARI

Xülasə. Məqalədə qeyd olunur ki, metodik və psixoloji ədəbiyyat araşdırmaları göstərir ki, ötən əsrin son illərində xarici dillərin öyrənilməsi və öyrədilməsi prosesində leksik yanaşmaya üstünlük verilməsi geniş vüsət almışdır. Psixoloqlar və metodistlər sözlərin məna daşıyıcıları anlayışını tədrisə daxil edərək onların yoxluğu mühitində heç bir kommunikasiya baş tutmayacağına əminlik gətirmişlər. Hər iki sahə mütəxəssisləri dil öyrənənlərin kommunikativ fəaliyyətlərinin fərdi xarakter daşımasını, onların xarici dillərə yiyələnmə- lərində meyl, maraq və qabiliyyətlərinin nəzərə alınmasını və nəticədə bu fəaliyyətin sosial xarakter almasını əsas tutaraq müxtəlif fikirlər, mülahizələr və konkret iş üsulları təklif etmişlər.

Cild 90, №6 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI