Günay Hüseynzadə
XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ
NAXÇIVANDA TƏHSİLİN İNKİŞAFINDA MAARİFÇİLİK HƏRƏKATININ ROLU
Xülasə. XIX əsrin sonu XX
əsrin əvvəllərində Naxçıvanda maarifçilik hərəkatının təsiri ilə məktəb, maarif,
elm, təhsil ictimai-siyasi və mədəni həyatın əsas məsələsinə çevrilmişdir.
Həmin dövrdə maarif xadimlərinin göstərdiyi fəaliyyət nəticəsində Naxçıvan
bölgəsində yeni tədris ocaqlarının sayı artmış, maarifçilik yüksək səviyyəyə
çatmışdır. Onları daha çox düşündürən pedaqoji problemlər dünyəvi məktəblərin
yaradılması, təlimin ana dilində aparılması, qızların təhsilə cəlb olunması
idi.
Açar sözlər: Naxçıvan,
təhsil, məktəb, maarifçilik