Rəhimə Mahmudova
Açar sözlər: tələbə, təlim fəaliyyəti, peşə motivləri, şəxsi
prestij motivləri, praqmatik motivlər, idrakı
motivlər.
Rəhimə Mahmud qızı Mahmudova
TƏLƏBƏLƏRİN TƏLİM
FƏALİYYƏTİNDƏ MOTİVLƏRİN ROLU
Xülasə. Son dövrlərdə tələbələrin təlim fəaliyyətinin
yaxşılaşdırılması yollarının müəyyən edilməsi
istiqamətində müxtəlif tədqiqatlar aparılır. Bu tədqiqatlarda motivlərin
formalaşdırılması və inkişaf etdiril- məsi
tələbələrin təlim fəaliyyətinin yaxşılaşdırılması yolu kimi dəyərləndirir.
Məqalədə müəllif müxtəlif alimlərin
və özünün həyata keçirdiyi tədqiqatlara əsaslanaraq, ali məktəb tələbələrinin
təlim fəaliyyətinin yüksək
olmamasının səbəblərini onlarda idrak və peşə motivlərinin lazımi səviyyədə
olmaması ilə əlaqələn- dirir. Bu
məsələni müxtəlif rakurslardan təhlil edən müəllif məqalədə motivlərin
formalaşdırılması və inkişaf etdirilməsinin yollarını açıqlayır.