Fəridə Kazımlı
Açar sözlər:
ali təhsil,
inteqrasiya, Bolonya sistemi,
BMT, xaricdə təhsil,
texnologiya, intellekt
Fəridə Elçin qızı Kazımlı
AZƏRBAYCAN ALİ TƏHSİL SİSTEMİNİN DÜNYA ALİ TƏHSİL
MƏKANINA İNTEQRASİYASI: MÜASİR ÇAĞIRIŞLAR VƏ TƏLƏBLƏR
Xülasə. Məqalədə ölkəmizin ali təhsil sisteminin inkişaf parametrləri
içərisində yer alan beynəlxalq müstəviyə
inteqrasiya və müsbət təcrübənin öyrənilməsi təhlil edilir. İlk öncə beynəlxalq
təşkilatların bu isti- qamətdə
atdıqları nəzəri və praktiki addımlar qeyd olunur. Azərbaycanda dövlət
səviyyəsində ali təhsilin inkişafına
dəstək meyarları araşdırılır. Həmçinin, beynəlxalq təhsil sisteminə keçidin
müsbət və mənfi tərəfləri, Azərbaycanın qəbul
etdiyi beynəlxalq təhsil
standartları haqqında məlumat
verilir.
Qlobal mühitdə təhsil
sisteminin iqtisadiyyata, geostrateji mühitə və ölkəmizin beynəlxalq nüfuzuna təsirinin araşdırılması böyük əhəmiyyət
kəsb edir. Belə ki, müxtəlif sahələr üzrə ixtisaslı kadrların hazırlan- masında tələb və təklifin müəyyən
edilməsi, təhsildə kadr hazırlığı siyasəti, onun pedaqoji aspektləri böyük ölçüdə ölkənin gələcək inkişafına təsir
göstərir. Azərbaycanın sahib olduğu təbii sərvətlərə sahib olmayan bir sıra ölkələrin yüksək inkişaf
göstəricilərinin məhz təhsil və innovasiya üzərində qurulduğu qeyd edilməlidir. Texnologiya inqilabının sənaye inqilabını
üstələdiyi bir dövrdə əl əməyi və avtomatlaşdırılmış əmək mühiti yerini artıq daha modern bir mühitə - süni
intellektin inkişafına və smart texnologiyaların tətbiqinə verməkdədir. Dünya
əhalisinin sayı artdıqca ölkələrin içməli su və ərzaq siyasəti, təbii
resurslardan səmərəli və ekoloji cəhətdən təmiz istifadə
prinsipləri məhz peşəkar
mütəxəssislər sayəsində mümkün olur. Məqalədə Azərbaycanın inteqrasiya
siyasəti yürütdüyü beynəlxalq təhsil sistemlərinin səmərəliliyi və ortaq mexanizm yolları
da araşdırılmaqdadır.