Ofeliya Muradova

Açar sözlər: özəl məktəb, dövlət məktəbi, bələdiyyə məktəbi, büdcə, şagird, dərnəklər, valideyn, təfəkkür, keyfiyyətli təhsil

Ofeliya Vaqif qızı Muradova

MÜLKİYYƏT NÖVÜNDƏN ASILI OLARAQ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ

TƏLİM NƏTİCƏLƏRİNİN İDARƏ OLUNMASI

Xülasə. Hər bir valideyn övladına ən yaxşısını, o cümlədən yaxşı təhsil verməyə çalışır. Son vaxtlara qədər dövlət məktəblərinin alternativi yox idi. Valideynlərin yalnız müəyyən fənləri dərindən öyrənən məktəbi seçmək imkanı var idi. Özəl məktəblərin meydana gəlməsi ilə vəziyyət dəyişdi. Valideynlərin seçim imkanı genişləndi. Özəl məktəblərdə psixoloq tərəfindən diqqətlə seçilmiş, adətən eyni sosial qrupa və maraqlara malik uşaqlardan ibarət şagirdlər komandasında daha mehriban mühit hökm sürür, çünki belə məktəblərdə yerlərin sayı məhduddur. Əvvəlcə özəl məktəbin nə olduğunu anlayaq. Bu, uşaqlara ibtidai və ya orta təh

sil verildiyi təhsil müəssisəsidir. Amma bu məktəblər ölkə büdcəsindən ayrılan pul hesabına deyil, təlim üçün valideynlər tərəfindən ödənilən vəsait hesabına işləyir. 

Cild 90, №1 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI