Şiruyə Azadəliyeva
Açar sözlər: ali pedaqoji
təhsil, ali təhsil müəssisələri, kadr hazırlığı, müəllim, fakültə, tədris
planı, dərslik
Şiruyə Məhəmmədəli qızı Azadəliyeva
XX ƏSRİN 40-50-Cİ İLLƏRİNDƏ AZƏRBAYCANDA ALİ PEDAQOJİ TƏHSİLİN MƏZMUNUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ
Xülasə. XX əsrin
40-50-ci illərində Azərbaycanda ali pedaqoji təhsilin məzmununun
təkmilləşdiril- məsi prosesi davam
etdirildi. Tədris planlarında çoxfənlilik kəskin şəkildə ixtisar olundu. 1949-50-ci
tədris illərində universitetlərin
tədris planlarında, 1951-52-ci tədris illərində isə pedaqoji ali məktəblərin
tədris planlarında əsaslı
dəyişikliklər edildi. Ümumtəhsil silsiləli bəzi fənlərin tədris planından
çıxarılması hesabına müəllimlərin praktiki
hazırlığını müəyyən qədər gücləndirdi. Pedaqoji, tədris və istehsalat
təcrübəsinə ayrılan saatların ümumi
miqdarı artırıldı. Yeni tədris proqramları əsası yeni dərsliklərin yazılmasını
aktuallaşdırdı. Pedaqogikaya dair yeni dərslik və dərs vəsaiti (Ə. Seyidov, M. Mehdizadə, M. Muradxanov) yazıldı.