Lalə Əbilova

Açar sözlər: Dünyagörüşü, sosial dəyərlər, mənəvi-əxlaqi tərbiyə, mənəvi dəyişikliklər, mədəniyyət, prioritet vəzifələr.

Lalə Arif qızı Əbilova

GƏNC NƏSLİN DÜNYAGÖRÜŞÜNÜN FORMALAŞDIRILMASI

Xülasə: Məqalədə gənc nəslin dünyagörüşünün formalaşdırılması probleminin bu gün kifayət qədər aktual olması göstərilir və qeyd edilir ki, müasir dövrdə gənc nəslin dünyagörüşünün formalaşması mənəvi-əxlaqi tərbiyə yolu ilə həyata keçirilərsə, müsbət nəticələr əldə etmək mümkündür. Bu məsələnin öyrənilməsi xüsusilə vacibdir, çünki məktəbdə müəllimlər tərbiyə prosesi ilə bağlı bir sıra problemlərlə üzləşirlər. Buna səbəb isə sosial dəyərlərin dəyişməsidir. Bu dəyişikliklər mənəvi dəyişikliklərə gətirib çıxarır ki, bu da uşaq- lara, yeniyetmələrə və gənclərə mənfi *+* təsir göstərir. Cəmiyyətin mədəni və mənəvi vəziyyəti uşaqların mənəvi-əxlaqi tərbiyəsi vəzifəsini son dərəcə əhəmiyyətli edir. Bu, indiki mərhələdə ölkənin inkişafında ən prioritet vəzifələrdən biridir.

Cild 90, №5 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI