Ceyran Orucova

Açar sözlər: texnologiya, innovasiya, problemli təlim texnologiyası, oyun texnologiyası, emalatxana texnologiyası, müasir təhsil, pedaqoji fəaliyyət, informasiya kommunikasiya texnologiyaları

Ceyran Abduləzim qızı Orucova

MÜASİR TƏHSİLDƏ PEDAQOJİ TEXNOLOGİYALAR

(PTT, OT, YET)

Xülasə. Məqalədə son zamanlar pedaqoji ədəbiyyatda ―innovasiya‖, ―təlim texnologiyaları və s. kimi müxtəlif adlar altında tez-tez rast gəlinən pedaqoji texnologiyaların bəzi növlərinə baxılır. Eyni zamanda, "pedaqoji texnologiyalar" anlayışının müxtəlif tərifləri nəzərdən keçirilir. Müasir təhsil qarşısında qoyulan yeni vəzifələr, eləcə də yeni standartlara uyğun tədris etməyə çağırılan müəllimlərin vəzifələri, öz növbəsində, tədris metodlarının dəyişdirilməsini və yeni informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəni tələb edir. Bu texnologiyalardan üçü bu məqalədə ətraflı təsvir edilmişdir: problemli təlim texnologiyası (PTT), oyun texnologiyası (OT) və yaradıcı emalatxana texnologiyası (YET). 

Cild 90, №1 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI