Tahirə Xasməmmədova
Açar sözlər: metodika, oxuyub-anlama savadlılığı, nailiyyətlərin yaxşılaşması, kommunikasiya, linqvistik xüsusiyyətlər, reseptiv bacarıq, müasir
yanaşma, koqnitiv, metakoqnitiv, sosial-affektiv strategiya.
Tahirə Oruc qızı Xasməmmədova
İNGİLİS DİLİ FƏNNİNİN TƏDRİSİ
METODİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİ YOLU İLƏ ŞAGİRDLƏRİN TƏLİM NALİYYƏTLƏRİNİN YAXŞILAŞDIRILMASI
Xülasə: İngilis dili fənninin tədrisi metodikasının
təkmilləşdirilməsi yolu ilə şagirdlərin təlim nailiyyətlərinin
yaxşılaşdırılması təhsil sahəsində olan prioritet sahələrdən biri hesab olunur.
Xarici dildə oxunun verəcəyi fayda
daha ağır çəkiyə malikdir və şagirdlərimiz bir daha dünya düşüncə tərzinin
müxtəlif formaları ilə tanış olur və
mütaliə mədəniyyətinin verəcəyi səmərənin keyfiyyətini daha dərindən anlayır və
bir oxucu kimi həyatda, cəmiyyətdə baş verənlərə
kritik yanaşmanı öyrənir,
yaradıcı fikrin formalaşması yolları ilə tanış olurlar. Bunun üçün xarici dilin tədrisi metodikasında
dilin nəzəri və psixoloji müddəaları, strukturu, forma və mənasının düzgün tətbiqi sosial bir bacarıq kimi
fikirlərin əlaqəli, rabitəli işlənməsinə xidmət etməsini nəzərə alan təlimatlar işlənib hazırlanmalıdır.