Hümeyir Hüseyn oğlu Əhmədov, Lalə Akif qızı Məmmədli, Pərvin Cavanşir qızı Əlizadə

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ FƏALİYYƏTİNDƏ MİLLİ KİMLİK, ANA DİLİ VƏ ONUN TƏDRİSİ PRİNSİPLƏRİ

Xülasə. Məqalədə Xalq şairi Bəxtiyar Vahabzadənin pedaqoji fəaliyyətində ana dilinin təbliği və təd­­risi məsələləri geniş şəkildə araşdırılır. Şairin ana dilinə olan yüksək sevgisi onun şeirlərində, elmi və pub­­lisistik yazılarında, pedaqoji fikirlərində öz əksini tapır. Əsərlərində dilin milli kimlik, vətəndaşlıq borcu və azadlıq rəmzi kimi təqdim olunması Vahabzadənin dilə münasibətinin dərinliyindən xəbər verir. Bununla ya­naşı, pedaqoq-alim kimi onun dil tədrisinə yanaşması, müəllim-şagird münasibətlərində humanist də­yər­lərə verdiyi önəm vurğulanır.

Açar sözlər: Bəxtiyar Vahabzadə, ana dili, dilin tədrisi, pedaqoji fikir, milli varlıq, vətəndaşlıq mövqeyi, dil sevgisi.

 

Cild 92, №5 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI