Yeganə Əskərova

Açar sözlər: deviant davranış, konflikt, cəmiyyət, əxlaq, şəxsiyyət, xarakter, sosial amil, ailə, məktəb

Yeganə Baxış qızı Əskərova

DEVİANT DAVRANIŞIN PSİXOLOJİ MAHİYYƏTİ

Xülasə. İnsanın əməlləri hərəkətləri cəmiyyətdə bərqərar olmuş əxlaqi normalara, mənəvi standartlara, hüquqi qanunlara uyğun gəlmirsə, bu deviant davranış hesab olunur. Məqalədə qeyd olunur ki, hər bir şəxsiyyət yaşadığı cəmiyyətdə formalaşmış əxlaqi, mənəvi, hüquqi normaları, mental xüsusiyyətləri bilməli və onlara riayət etməlidir. Bu işdə ailə, məktəb, ətrafdakı insanlar, ictimai təşkilatlar, mətbuat, radio və televiziya, sosial şəbəkələr və s. ona köməkçi olmalıdırlar. Təbii ki, bu cür davranış müxtəlif obyektiv və subyektiv amillərin təsirindən yarana bilər. Aydındır ki, hər hansı şəxsiyyətin əməl və hərəkətlərinin ictimai normalara uyğun olub-olmaması müəyyən meyara əsaslanaraq müvafiq qrup və təşkilatlar tərəfindən qiymətləndirilir. Məsələn, əxlaqi normalara uyğunsuzluq müxtəlif insan qrupları (iş kollektivi, qonşular, qohumlar və s.), hüquqi normalara uyğunsuzluq inzibati orqanlar (polis, məhkəmə, prokurorluq və s.) tərə- findən qiymətləndirilir və s. Məqalədə deviant davranışın mahiyyəti psixoloji baxımdan təhlil olunur və problemin aradan qaldırılması yollarından bəhs olunur.

Cild 90, №5 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI