Gülzar Allahverdiyeva, Samirə Əlibəyova
Açar sözlər: adaptasiya, fiziki yüklər, energetik mübadilə, yağ turşuları, aerob məşqlər, lipid mübadiləsi
Gülzar Etibar qızı Allahverdiyeva, Samirə Səadət qızı Əlibəyova
AEROB İSTİAMƏTLİ
FİZİKİ YÜKLƏRƏ ADAPTASİYA PROSESİNDƏ YAĞLARIN ƏSAS ENERJİ MƏNBƏYİ KİMİ ROLU
Xülasə: Məqalədə
aerob xarakterli fiziki məşqlər yüklərinə adaptasiya prosesində enerjiyə olan
tələbatın ödənilməsində yağların oynadığı rol araşdırılmışdır. Əzələ fəaliyyətində
uzunmüddətli fiziki yüklərin icrası zamanı karbohidratların çox da böyük
olmayan ehtiyatları kəskin azaldığından əsas enerji mənbəyi kimi rolunu yağlar oynamağa başlayır. Aerob
istiqamətli fiziki yüklərin enerjiyə olan tələbatını təmin etmək üçün yağ depolarında və skelet əzələlərin
hüceyrələrinin daxilində toplanan lipid mənşəli metabolitlərin səfərbər olunması vacibdir. Piy toxumalarından və
skelet əzələlərinin daxilindən lipoliz məhsullarının səfərbər olunması (əsasən
də, triqliseridlərin), onlar arasında qarşılıqlı nisbətən təyini yağ
mübadiləsinin tənzimlənməsinə imkan
verir. Birdəfəlik və sistemli icra olunan fiziki yüklərin təsiri zamanı o da
məlum olmuşdur ki, enerji substratı
kimi triqliseridlərin əmələ gəlməsini və sərf olunmasını qida ilə qəbul edilmiş
aktivatorların köməyi ilə
tənzimləmək mümkündür. Aerob istiqamətli yüklərin intensivliyinin yüksəlməsi də
hüceyrədaxili triqlise- ridlərin
səfərbər olunmasını, nəqlini və istifadə edilməsini sürətləndirdiyindən
energetik imkanlarda adaptasiya dəyişiklikləri baş verir, nəticədə, həm piy
toxumasında və həm də skelet əzələlərində lipaza fermentinin aktivliyi artır.
