Elnurə Səfərova, Zərifə İsmayılova
Açar sözlər: həzm, sistemləşdirmə, maddələr mübadiləsi, tədris, bəhs.
Elnurə Fazil qızı Səfərova,
Zərifə Rəsul qızı İsmayılova
HƏZM SİSTEMİ VƏ MADDƏLƏR
MÜBADİLƏSİ BƏHSİNİN SİSTEMLƏŞDİRİLMƏ
İLƏ TƏDRİSİ İMKANLARI
Xülasə. Təhsil
proqramında veriləcək biliklərin sadədən mürəkkəbə doğru müəyyən ardıcıllıqla
olmasına önəm verilib. Nəticədə şagirdlərdə dərsin materialını ümumiləşdirmək,
sistemli şəkildə yadda saxlamaq kimi bacarıqlar
formalaşır. Eyni zamanda, fənn proqramına görə ümumiləşdirmə, sistemləşdirmə
dərsləri şa- girdlərdə müəyyən bilik
və bacarıqların formalaşmasını təmin etməlidir. Onlar bir sinifdən digərinə
keçdikcə artıq əldə olunan bilik və
bacarıqlar da mürəkkəbləşir. Məqalədə Həzm sistemi‖ və maddələr mübadiləsi bəhsinin
sistemləşdirmə ilə tədrisi
imkanları verilmişdir.