Nübar İsazadə
Açar sözlər: idarəetmə, distant təlim, texnologiyalar, keyfiyyət
Nübar Əhmədəli qızı
İsazadə
TƏHSİLİN DİSTANT FORMADA
SƏMƏRƏLİ HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN
VACİB OLAN ŞƏRTLƏR:
STRATEGİYALAR VƏ TEXNOLOGİYALAR
Xülasə. Son illər sadəcə ölkəmizdə deyil, dünyanın hər yerində distant
təhsillə bağlı islahatlar aparılır, təhsilin fəlsəfəsinə, müəllimə və təhsil
müəssisələrinin funksiyalarına dair müxtəlif yanaşmalar müzakirə edilir. Belə
ki, əvvəllər tələbələrə peşə və ixtisas biliklərini öyrədən və bəzi akademik
biliklərin verildiyi bir qurum olaraq qəbul edilən ali təhsil müəssisələrindən
cəmiyyətin gözləntiləri bu gün daha fərqli və yüksəkdir. Bu gün cəmiyyət
müəllimlərdən tədris edəcəkləri fənlərə dair məqbul biliklərə malik olma,
öyrətmə bacarıqları və necə öyrədəcəklərinə dair müasir təcrübəyə və
peşəkarlığa sahib olmalarını gözləyir.