Kəmalə Mustafayeva
Açar sözlər: təhsil, dünyagörüşü, tarixin tədrisi, təhsilalanlar, təlim
Kəmalə Sahib qızı Mustafayeva
TARİXİN
TƏDRİSİNDƏ TƏHSİLALANLARDA DÜNYAGÖRÜŞÜNÜN FORMALAŞDIRILMASI YOLLARI
Xülasə. Dünyagörüşü təhsil və təlim prosesinin ayrılmaz parçasıdır. O, təhsilalanların yanaşma və baxış-
larına təsir göstərə
bilən mürəkkəb və dərin məfhumdur. Dünyanı dərk etməyə
çalışan hər bir fərd istər-istəməz fəlsəfi düşüncələrin dərinliyinə qərq olur. Fərdlər hər bir
problemə, hadisəyə, vəziyyətə məntiqi təfəkkür
nöqteyi-nəzərindən yanaşır, onları tənqidi yaradıcılıqla öyrənir. İdrak
nəzəriyyəsi ilə bilavasitə bağlı olan bu proses
yeni reallığı tam dərk etməyən hər bir təhsilalanı yeni üsul və vasitələrlə məşğul olmağa sövq edir.