Əsmət İsmayılxanova

Açar sözlər: istedad, fəaliyyət, tipologiya, komponent, diferensiallaşma, kinestetik, məntiq, prestij, strategiya, verbal, diaqnostik, kommunikativ

Əsmət İdris qızı İsmayılxanova

DƏRİN BİLİYƏ QABİLİYYƏTƏ MALİK MƏKTƏBLİLƏRİN PEŞƏ SEÇMƏ İŞİNİN YOLLARI

Xülasə. Müəllif məqaləsində haqlı olaraq qeyd edir ki, xüsusi bacarığı, istedadı olan şagirdlərin müxtəlif göstəricilərinə əsasən müəyyən edilməsi və seçilməsi mühüm əhəmiyyət kəsb edir. Müəllifin fikrincə bu cür şagirdlərin müəyyən edilərək seçilməsində müxtəlif növ diaqnostik metodlardan, məsələn, məntiqi, anali- tik, intellektual, riyazi və s. testlərdən istifadə olunması çox mühüm əhəmiyyətə malikdir. Bu cür testlərlə yanaşı uşaqlarda mövcud olan digər bacarıq və qabiliyyətlərin aşkara çıxarılması üçün işarəli-simvollu, pedaqoji, musiqi, təsviri incəsənət və s. kimi qabiliyyət testlərindən də istifadə etmək vacibdir. Çünki bu işlərin səmərəli təşkil edilməsi şagirdlərdə istedadın inkişafına təkan verir və düzgün peşə, ixtisas seçməsinin reallaşmasına gətirib çıxarır.

Cild 90, №5 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI