Şərafət Baxışova
Açar sözlər: Təhsil, kadr hazırlığı, şəxsiyyət, inkişafetdirici
təlim, metodlar, formalar, vasitələr, prin- siplər, keyfiyyətin yüksəldilməsi.
Şərafət Aram qızı Baxışova
MƏKTƏBƏQƏDƏR
TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İNKİŞAFETDİRİCİ TƏLİMİN
HƏYATA KEÇİRİLMƏSİNDƏ TƏRBİYƏÇİ-MÜƏLLİMİN PEŞƏKARLIĞININ YÜKSƏLDİLMƏSİ
YOLLARI
Xülasə. Təhsilin yaradıcı şəxsiyyət formalaşdırmaq
missiyası onun humanist, humanitar xarakterini
meydana çıxarır, yeni məzmun, pedaqoji texnologiyalar və idarəetmə
sistemində gözlənilməsi ciddi tələb kimi
nəzərə alınır. Yeni konsepsiyaya uyğun olaraq təhsilalanlarda keyfiyyət
göstəricilərinin, dialoji mədəniyyətin formalaşdırılmasına üstünlük verilir.
Təhsilin yeniləşməsi məktəbəqədər təhsil müəssisələrinin
tərbiyəçi-müəllimlərindən bu sistemdə baş verən innovativ dəyişikliklərin
tendensiyalarını (cərəyanlarını) bilməsini tələb edir. Didaktik prosesin
təkmilləşdirilməsinə istiqamətlənmiş innovativ fəaliyyət məktəbəqədər təhsil müəssisələrində tam innovativ
sistemin komponentidir. Burada onun inkişafetdirici potensialını həyata keçirmək üçün təlim-tərbiyə işinin
yüksəldilməsinə təsir göstərən məqsədlərin, məzmunun, formaların və metodların dəyişdirilməsi tələb olunur.