Xalidə Həmidova
Açar sözlər: layihə yanaşması, müəllim hazırlığı, öyrənmə
metodu, optimal öyrənmə
Xalidə Aydın qızı Həmidova
MƏKTƏBƏQƏDƏR
TƏHSİLDƏ LAYİHƏ ƏSASLI YANAŞMANIN TƏTBİQİ
Xülasə: XXI əsrdə uşaqlar öz optimal inkişaf səviyyəsinə
çatmaq üçün təkcə bilik və bacarıqları deyil,
həm də əzm və emosiyaları özündə birləşdirən öyrənmə məqsədlərinə nail
olmağa hazır olmalıdırlar. Təhsildə qabaqcıl təcrübəyə malik olan
tərbiyəçi-müəllimlər 21-ci əsrdə uşaqlara problemlərlə üzləşməyə və onların həlli yollarını axtarıb tapmağa imkan verən ―layihə əsaslı yanaşma kimi öyrənmə metodunu həyata keçirməyi
bacarmalıdırlar. Layihə əsaslı yanaşma uşaq mərkəzli öyrənmə vasitəsilə aktiv
öyrənməni reallaşdıran yanaşmadır.