Lalə Allahverdiyeva

Açar söz: peşə kompetensiyası, pedaqoji fəaliyyət, peşə bacarıqları, təhsil mühiti, pedaqoji ustalıq, pedaqoji və psixoloji biliklər, fənn bilikləri

Lalə Zahir qızı Allahverdiyeva

“PEŞƏ KOMPETENSĠYALARI” ANLAYIŞININ PEDAQOJİ ƏDƏBİYYATDA QOYULUŞUNA DAİR

Xülasə. Məqalədə peşə kompetensiyaların anlayışı və onun əks etdirən məsələlər təhlil edilir. Təhsil islahatlarının həyata keçirildiyi mərhələdən başlayaraq sonrakı dövrlərdə də qəbul edilmiş normativ hüquqi aktlarda peşə fəaliyyətini yerinə yetirərkən formalaşması zəruri olan tələblər araşdırılmış, müəllim fəaliyyəti üçün zəruri hesab edilən meyarlar təhlil edilmişdir. Elmi-pedaqoji ədəbiyyatda müəllimin peşə bacarıqları, pedaqoji ustalığı məsələlərini əks etdirən fikirlərə nəzər salınmış, Azərbaycan tədqiqatçıları ilə yanaşı xarici ölkə nümayəndələrinin peşə kompetensiyalarına aid olan fikirləri öyrənilmişdir. Belə müəyyən olunur ki, peşə kompetensiyasının formalaşması tsiklik prosesdir, çünki pedaqoji fəaliyyət prosesində yaranan yeni şərtlər və tələblərə görə peşəkarlığı daim təkmilləşdirmək zərurəti yaranır.

Cild 90, №2 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI