Mehriban Həsənova, Leyla Mehdiyeva
Açar sözlər: tədrisin keyfiyyəti,
iş üsulları, proqramlaşdırma dilləri, müqayisəli öyrətmə
Mehriban Ağa qızı Həsənova,
MÜASİR PROQRAMLAŞDIRMA DİLLƏRİNİN MÜQAYİSƏLİ ÖYRƏDİLMƏSİ İMKANLARI
Xülasə: Kompüterlərin fəaliyyətinin
əsasını təşkil edən həm sistem, həm də tətbiqi proqram vasitələri bilavasitə
proqramlaşdırma dillərinin köməyi ilə yaradılır. Azərbaycanda yeni, yüksək səviyyəli
və savadlı proqramçılar nəslinin yetişməsi ölkəmiz üçün son dərəcə aktual və
vacib olan bir məsələdir. Bunun üçün Respublikamızın ali məktəblərində və digər
tədris ocaqlarında proqramlaşdırma dilləri və alqoritmlər nəzəriyyəsi fənlərinin
tədrisini yüksək səviyyəyə qaldırmaq lazımdır. Məqalədə tədrisin keyfiyyətinin
artırılması yolları, bütün tədris müəssisələrində istifadə oluna bilən müasir tələblərə
cavab verən iş üsullarının seçilməsi və lömyrədi əsi xüsusiyyətləri şərh
edilmişdir.