Nurəddin Daşdəmirov
Açar sözlər: özünümüdafiə, əlbəyaxa döyüş növləri,
fiziki hazırlıq, güc, sürət, çeviklik, dözümlülük, metod və priyomlar
Nurəddin Emil oğlu Daşdəmirov
DƏRSDƏNKƏNAR FİZİKİ TƏRBİYƏ MƏŞĞƏLƏLƏRİNDƏ ŞAGİRDLƏRDƏ ÖZÜNÜMÜDAFİƏ BACARIQLARININ FORMALAŞDIRILMASININ METOD VƏ VASİTƏLƏRİ
Xülasə. Məqalədə məktəblilərin özünümüdafiəsi
kimi aktual bir məsələ diqqətə çatdırılır. Bu bacarıqların formalaşdırılmasının
bəzi üsulları və vasitələri tövsiyə edilir.
Məqalədə qeyd edilir ki, şagirdlərdə istənilən
fiziki bacarıqları formalaşdırmaq üçün, ilk öncə, onların ümumi fiziki
hazırlığını təmin etmək, yəni güc, diqqət, sürət, dözümlülük, cəldlik kimi
keyfiyyətlərini inkişaf etdirmək zəruridir. Daha sonra bu keyfiyyətləri hansı
üsullarla və hansı vasitələrlə inkişaf etdirməyin yolları göstərilir. Müəllif bədənin
müxtəlif əzələlərinin hər birini necə inkişaf etdirməyin üsullarını təqdim
edir.
Bundan əlavə, özünümüdafiə üzrə nümunəvi
priyomlar təqdim edərək hücum zamanı özünüsığorta, balanslaşdırma, ayaqla zərbələr
endirərkən hansı səhvlərə yol verməməyi, nələrə xüsusi diqqət yetirməyi nəzərə
çarpdırır.