Tofiq İsgəndərov
Açar sözlər:
Maarifçi-realist ədəbiyyat, milli teatr, milli mətbuat,
satirik cərəyan, realist dramaturgiya, Azərbaycan ziyalılar ordusu
Tofiq Əliağa oğlu İsgəndərov
AZƏRBAYCANDA MAARİFÇİLİYİN İNKİŞAFI VƏ BU SAHƏDƏ “ƏKİNÇİ”NİN ROLU
Xülasə. Azərbaycan maarifçi realizminin təşəkkül mərhələsi
XIX əsrin əvvəllərindən 30-cu illərin sonuna qədərki dövrü əhatə edir.
Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, daha sonra
Qasım bəy Zakir, Baba bəy Şakir, Mirzə Baxış Nadim və b. bu dövrün görkəmli
nümayəndələridir.
Mirzə Fətəli Axundovun yaradıcılığı
40-60-cı illər maarifçilik hərəkatında xüsusi əhəmiyyətə malik- dir. Onun
yaradıcılığında Azərbaycan maarifçiliyi realist ənənələrlə daha da mükəmməlləşərək
bir məktəb oldu. Realist dramaturgiyanın, realist nəsrin bünövrəsi qoyuldu.
Mirzə Fətəli Axundovun yaradıcılıq ənənə- lərindən bəhrələnən Azərbaycan
maarifçi realizmi əsrin 70-ci illərində yeni bir mərhələyə qədəm qoyaraq
inkişafının ən yüksək zirvəsinə çatdı. Həsən bəy Zərdabi, Əsgər ağa Adıgözəlov
(Gorani), Nəcəf bəy Vəzi- rov, Seyid Əzim Şirvani və b. bu dövrün görkəmli
nümayəndələridir. Bütün maarifpərvər qüvvələr məhz H.
Zərdabi və onun nəşr etdiyi ―Əkinçi‖ qəzetinin
ətrafına toplanırdı.