Gültac İmamquliyeva
Açar sözlər: tarix, məktəb, təfəkkür, hüquq, mədəniyyət,
öyrənmə metodları, milli-mənəvi dəyərlər, əqidə prinsipləri, faktlar
Gültac Malik qızı İmamquliyeva
ÜMÜMTƏHSİL MƏKTBLƏRİNDƏ TARİX FƏNNİNİN TƏDRİSİNİN MƏQSƏDİ VƏ ƏHƏMİYYƏTİ
Xülasə. Məktəbdə tarixin öyrənilməsinin məqsəd və
vəzifələri cəmiyyət üçün prioritet olan, həm təhsil prosesində, həm də geniş
sosial kontekstdə təzahür edən dəyər yönləri və şəxsi keyfiyyətlərin məcmusu
kimi formalaşdırılır. Əsas məqsəd öz ölkəsinin və bütövlükdə bəşəriyyətin tarixi
təcrübəsini dərk etmək, tarixi bilikləri təhsil və sosial sahədə fəal və
yaradıcı şəkildə tətbiq etmək əsasında özünü tanıya və dəyər prioritetlərini müəyyən
etməyə qadir olan şagirdin təhsili, inkişafı və tərbiyəsidir.