Firidə Mustafayeva

Açar sözlər: əyanilik, qrafik təsvir, məsələ, natural ədəd , sinif, riyaziyyat təlimi

Firidə Firudin qızı Mustafayeva

NATURAL ƏDƏDLƏRİN TƏLİMİNDƏ QRAFİK TƏSVİRLƏRDƏN İSTİFADƏNİN İMKANLARI

Xülasə. Riyaziyyat elminin obyekti – kəmiyyətlər və onların ölçülməsindən ibarətdir. Bunu həyata keçirmək üçün müxtəlif metodlardan və vasitələrdən istifadə olunur. Riyaziyyat elminin inkişafı məhz müvafiq metod və vasitələrin inkişaf edilməsi ilə və tətbiqi ilə əlaqədardır. Qrafik təsvirlərin dəqiq və səliqəli icra edilməsinin şagirdlərin təhsili ilə yanaşı tərbiyəsi üçün də mühüm əhəmiyyəti vardır. Səliqəli yerinə yetiril- miş qrafik təsvirlər şagirdlərin estetik tərbiyəsinə əhəmiyyətli dərəcədə təkan verir: məsələnin gözlənilməz, ağıllı qrafik həlli şagirdi sevindirir yorğunluğunu azaldır, diqqətini toplamağa kömək edir.

Məqalədə qrafik təsvirlərin istifadə yolları göstərilmiş və geniş tədqiq edilmişdir.

Cild 90, №2 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI