Yasin Babayev, Nigar Babayeva
Açar sözlər: didaktik fənd, zehin xəritəsi, əks əlaqə,
öyrədən, öyrənən, metod, xəyal gücü, yaradıcı düşüncə
Yasin Nağı oğlu Babayev, Nigar Yasin qızı Babayeva
KİMYANIN ZEHİN XƏRİTƏSİ ÜSULU İLƏ TƏDRİSİNDƏ DİDAKTİK FƏNDLƏRDƏN İSTİFADƏ
Xülasə. Orta ümumtəhsil məktəblərində kimyanın
zehin xəritəsi üsulu ilə tədrisində didaktik fəndlərdən istifadə məsələləri
araşdırılmışdır. Göstərilmişdir ki, 6 bənddən ibarət olan didaktik fəndlərin içərisində
ən əhəmiyyətlisi və bütün fənlərin tədrisində tətbiq oluna biləni dərsdə
problem situasiyanın yaradılması və dərsin gedişinin problemin həllinə yönəldilməsidir.
Fənnin səciyyəvi xüsusiyyətlərinə görə kimyanın tədrisində problem vəziyyəti
yaratmaq və yerindəcə aparılan təcrübi işlərlə problemi (çətinliyi) aradan qaldırmaq
üçün geniş imkanlar vardır. Qeyd olunmuşdur ki, kimyadan təcrübi məşğələlərin
aparılması zamanı yaranan problem situasiyanın konkret kimyəvi reaksiyaların nəticələri
əsasında aradan qaldırılması və həqiqətin prak- tiki olaraq öz təsdiqini
tapması şagirdlərin kimyaya, təcrübi tədqiqatların aparılmasına marağını,
yaradıcı düşüncəsini, çətinlikləri aradan qaldırma qabiliyyətini artırır.
Müəyyən edilmisdir ki, kimya təlimində
zehin xəritəsi üsulunun tətbiqi didaktik fəndlərdən səmərəli istifadə üçün geniş
imkanlar açır.