Gülər Şükürova
Açar sözlər: kimya, motivasiya, maraq, şagird, fəaliyyət,
müəllim, tədris prosesi, tədris texnologiyaları
Gülər Ənvər qızı Şükürova
KİMYA DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRİN TƏDRİS FƏALİYYƏTİNİN MOTİVASİYASININ ARTIRILMASI YOLLARI
Xülasə. Pedaqoji fəaliyyət zamanı bir çox müəllim
müasir şagirdlərin öyrənmə motivasiyasının son dərəcə aşağı olduğunu və xüsusilə
ilkin olaraq mürəkkəb olmayan, ikinci dərəcəli hesab etdikləri fənlərə marağın
azaldığını qeyd edir. Belə fənlərdən biri də kimya fənnidir. Bu vəziyyəti müsbət
və effektiv şəkildə necə yaxşılaşdırmaq olar? Şagirdlərin kimyanın öyrənilməsində
motivasiya səviyyəsini necə artırmaq, onların fənnə və tədris fəaliyyətinə
münasibətini necə yaxşılaşdırmaq olar?