Əliyənnağı Məhərrəmov, Veysəl Abişov
Açar sözlər: anlayış, düşüncə, tərbiyə, ümumbioloji anlayış, fənlərarası əlaqə, sxem
Əliyənnağı Məhəmmədtağı
oğlu Məhərrəmov, Veysəl Vüsal oğlu Abişov
BİOLOGİYA FƏNLƏRİNİN TƏDRİSİNDƏ ANLAYIŞLARIN İNKİŞAF ETDİRİLMƏSİ
METODİKASI (X-XI SİNİFLƏR)
Xülasə. Məqalədə göstərilir ki, insanların hərtərəfli
biliyi olmasa, inkişaf etmiş cəmiyyət qurmaq olmaz.
Elmlərin əsaslarının öyrənilməsi məhz anlayışlardan başlayır.
Anlayışı inkişaf etdirmək üçün təbii əyanilik, təsviri əyanilik əsas rol
oynayır. Xüsusi vurğulanır ki, anlayışları inkişaf etdirmək üçün fənlərarası əlaqədən
geniş istifadə olunmalıdır. Şagirdlərə hər hansı anlayışı başqa fənlə əlaqələndirməyi
öyrətmək lazımdır.
Məqalədə anlayışların inkişafında sxemlərin rolunun böyük olduğu önə çəkilir, qeyd olunur ki, sxem- ləri biologiya müəllimləri lövhədə özü çəkə bilər və ya şagirdə evdə çəkməyi təklif edə bilər. Sxemlər müqa- yisə xarakterində olmalıdır. Həmçinin göstərilir ki, anlayışları əvvəlki anlayışlarla əlaqələndirdikdə, onun sistematik inkişaf etdirdikdə daha yaxşı yadda qalır.