Fərahim Zeynalov
Açar sözlər: təsviri incəsənət,
müasir, tədris, cəmiyyət, rəssamlar, inkişaf
Fərahim İbrahim oğlu Zeynalov
MÜASİR TƏSVİRİ İNCƏSƏNƏT VƏ ONUN TƏDRİSİNİN AKTUAL MƏSƏLƏLƏRİ
Xülasə. XX əsin əvvəllərində bütün ənənələri və
klassik bədii məktəbləri inkar edərək, yeni dünyagörüşləri ilə incəsənətə gələn
və bir sıra cərəyanları özündə birləşdirən avanqardçılar müasirliyi tərənnüm
etməyə başladılar. Lakin bu cərəyanların bəzilərinin təsviri nəticəsində incəsənətdə
estetik dəyərlər itməyə başlayır və yerinə heç bir yeni ideal və dəyərlər təklif
edilmirdi, incəsənəti tənəzzül səviyyəsinə gətirməklə insanların dünyagörüşlərində
problemlər və xaos yaranırdı, insanlar idealsız, dəyərlərsiz, həyata
uyğunlaşmağa məhkum olurdular.
Təsviri incəsənət hər zaman dövrü ilə həmahəng
müasir olmuş və cəmiyyətin ümumi dünyagörüşünü əks etdirmişdir. Təsviri incəsənətin
müasir tədrisi, qavramanın, təfəkkürün, incəsənət sahəsində biliklərin
qazanılması, təsviri fəaliyyətin praktiki bacarıqlarına yiyələnməsi ilə bağlı
geniş məsələləri özündə birləşdirir.
Bu cür məsələləri yalnız yüksək ixtisaslı,
həm pedaqogika, həm də təsviri incəsənət sahəsində professional çalışan müəllim-rəssamlar
həll edə bilərlər.