İradə Əmirəliyeva
Açar sözlər: təfəkkür, təfəkkürün növləri, tənqidi təfəkkür, təhsilalanlar,
tənqidi təfəkkürün inkişaf etdirilməsi
İradə Böyükağa qızı
Əmirəliyeva
TƏHSİLALANLARDA TƏNQİDİ
TƏFƏKKÜRÜ İNKİŞAF ETDİRMƏYİN VACİBLİYİ
Xülasə. İdraki əhəmiyyəti baxımından təfəkkürün növləri fərqlidir.
Formasına görə təfəkkürün əyani- əməli, əyani-obrazlı, mücərrəd-məntiqi:
xarakterinə görə – praktik və nəzəri; genişlənməsinə görə – diskursiv və
intuitiv; yeniliyinə görə – produktiv və reproduktiv növləri vardır. Həmin
növlər sırasında tənqidi təfəkkür özünəməxsus yer tutur. Tənqidi təfəkkür
yeniyetməlik dövründə inkişaf etməyə başlayır. Məqalədə təhsilalanlarda tənqidi
təfəkkürün inkişaf etdirilməsinin vacibliyindən danışılır.