Mehriban İsmayılova, Yarməmməd Hüseynov
Açar sözlər: qarşılıqlı münasibət, ünsiyyət, davranış, həmyaşıdlar, özünü-
təsdiq
Mehriban Cəlal qızı
İsmayılova, Yarməmməd Daşqın oğlu Hüseynov
HƏMYAŞIDLARI QRUPUNDA
QARŞILIQLI MÜNASİBƏTLƏR VƏ ÜNSİYYƏT
YENİYETMƏ ŞƏXSİYYƏTİNİN
FORMALAŞMASININ MÜHÜM AMİLİ KİMİ
Xülasə. Elmi məqalədə yeniyetmənin şəxsiyyətinin formalaşmasında
həmyaşıdları ilə münasibətlərin və ünsiyyətin rolu araşdırılır. Müəllif qeyd
edir ki, yeniyetmə həmyaşıdları ilə ünsiyyətdə öz şəxsiyyətini anlamağa,
qabiliyyətlərini müəyyən etməyə cəhd göstərir. Ünsiyyətin şəxsi xarakteri,
tez-tez mübahisələr və onların müzakirəsi izah edir ki, həmyaşıdları ilə
ünsiyyət zamanı yeniyetmənin intellektual inkişafı baş verir, inancları
formalaşır. Bütün bunlara əlavə olaraq, həmyaşıdları ilə yaxın dostluq
şəraitində yeniyetmələr müəyyən bir ziddiyyət növünü öyrənir, yeni baxış və
konfliktləri idarə etmək üçün yeni vasitə və üsullar əldə edir və müəllifin
subyektiv mövqeyini tuturlar.