Rəna Əliyeva

Açar sözlər: yaradıcı təfəkkür, tənqidi təfəkkür, müəllim-şagird əməkdaşlığı, bilik, bacarıq, texnologiyalar 

Rəna Səməd qızı Əliyeva

YARADICI VƏ TƏNQİDİ TƏFƏKKÜRÜN ŞAGİRDLƏRİN

FORMALAŞMASINDA ROLU

Xülasə. Yaradıcı və tənqidi təfəkkürün şagirdlərin formalaşmasında rolu probleminin vəziyyətinin təhlili göstərir ki, müasir məktəbdə bu məsələyə kifayət qədər diqqət yetirilmir. Şagirdlərin tənqidi təfəkkürü məqsədyönlü şəkildə inkişaf etmir, nəticədə şagirdlərdə hadisələri və faktları müstəqil təhlil etmək, özünü qiymətləndirmək, proqnozlaşdırmaq, problemli situasiyada ən yaxşı seçim etmək, baş verənləri tənqidi şəkildə dərk etmək bacarığı kifayət qədər inkişaf etmir. Kiçikyaşlı şagirdlərdə yaradıcı təfəkkürün inkişafı xüsusi bir prosesdir. Şagirdlərin yaradıcı fəaliyyətinin fərqli xüsusiyyəti məhsulun subyektiv yeniliyidir. Bir uşağın özü üçün "kəşfi" yeni və qeyri-adi ola bilər, lakin yaradıcılıq ola bilməz. Yaradıcı təfəkkürün inkişafı müəllimlərin istiqaməti ilə düzgün formalaşa bilər.

Cild 90, №1 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI