Akif Abbasov
Açar sözlər: ərəb dili, tərcüməçi, ərəb dilini yüksək səviyyədə bilmək,
şərqşünas, ərəb dilinin gözəl bilicisi
Akif Nurağa oğlu Abbasov
GÖRKƏMLİ ƏRƏBŞÜNAS, ƏRƏB
DİLİNİN GÖZƏL BİLİCİSİ
Xülasə. Tariyel Həsənov ərəb dilini yüksək səviyyədə bilirdi, bu dildə elə
sərbəst danışırdı ki, tələffüzü, diksiyası elə mükəmməl idi ki, ərəblər onu
özününkü bilirdilər. Deyəndə ki, o, azərbaycanlıdır, təəccüblənirdilər. Ərəb
dilini mükəmməl bildiyi üçün uzun illər Tariyel ərəb ölkələrinə xidməti
ezamiyyətə göndərilirdi.