Almaz Həsrət

Açar sözlər: rəqəmsal bacarıqlar, rəqəmsal savadlılıq, informasiya mədəniyyəti, informasiya səriştəsi, e-vətəndaş, informasiya kommunikasiya texnologiyaları

Almaz İsrayıl qızı Həsrət

RƏQƏMSAL BACARIQLAR İNFORMASİYA MƏDƏNİYYƏTİNİN TƏMƏLİDİR

Xülasə. Məqalədə şagirdlərdə rəqəmsal bacarıqlar və informasiya mədəniyyətinin formalaşdırılması müasir məktəb qarşısında duran əsas məqsədlərdən biri kimi təqdim olunur. Qeyd olunur ki, bu məqsədin reallaşdırılması informatika fənninin məzmununa yeni yanaşma tələbini irəli sürür. Müəllif rəqəmsal bacarıqları informasiya mədəniyyətinin təməli hesab edir, informasiya mədəniyyətinin pedaqoji anlayışlar sırasına aid olduğunu vurğulayır. Beynəlxalq, o cümlədən ölkəmiqyaslı əmək və təhsil bazarında rəqabətə davamlı şəxsiyyət yetişdirmək, e-və-

təndaş hazırlığı müasir məktəb modelinin əsas missiyalarından biri kimi xarakterizə olunur. 

Cild 90, №3 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI