Əliyənnağı Məhərrəmov, Fidan Mehdiyeva
Açar sözlər: elmi dünyagörüşü, bioloji anlayış, dialektik qanunlar, sinir
sistemi, hüceyrə, fotosintez
Əliyənnağı Məhəmmədtağı
oğlu Məhərrəmov,Fidan Süleyman qızı Mehdiyeva
BİOLOGİYANIN TƏDRİSİNDƏ ŞAGİRDLƏRİN
ELMİ DÜNYAGÖRÜŞÜNÜN
FORMALAŞDIRILMASI İMKANLARI
(VIII-IX SINIFLƏR)
Xülasə. Məqalənin əsas məzmununu
yeni qurulan cəmiyyətimizdə hərtərəfli biliyi, mənəvi zənginliyi, əxlaqi
saflığı, vətənə bağlılığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyətin
tərbiyə edilməsi, elmi dünyagörüşünün formalaşdırılması təşkil edir. Göstərilir
ki, biologiyanın tədrisində elmi dünyagörüşünün üç istiqaməti əsas
götürülməlidir: dünyanın maddiliyi, vahidliyi, dialektik qanunların ümumi
xarakter daşıması. VIII-IX sinif biologiya kursunun tədrisinin qarşısında duran
əsas vəzifələrdən biri şagirdlərdə düzgün dünyagörüşü formalaşdırmaq, milli
tərbiyə aşılamaq, təbiətə məhəbbət hissi ruhunda tərbiyə etməkdən ibarətdir.
Məqalədə qeyd edilir ki, biologiyanın tədrisi prosesində şagirdlərə müstəqil
düşünmək, mühakimə etmək bacarığı aşılanmalı, həyat hadisələrini dialektik
baxımdan izah etməyə alışdırmalı,