Gülnarə İsmayılova
Açar sözlər: ətraf mühit, ekoloji təhsil, ekoloji aspekt, ekoloji biliklərin
inteqrasiyası, ekoloji balans, antropogen təsirlər, atmosferin çirklənməsi
Gülnarə Nizami qızı
İsmayılova
KİMYA FƏNNİNİN TƏDRİSİNDƏ
ŞAGİRDLƏRDƏ EKOLOJİ
DÜŞÜNCƏ QABİLİYYƏTİNİN İNKİŞAF
ETDİRİLMƏSİ
Xülasə. Məqalədə kimya dərslərində şagirdlərdə ekoloji bilik və bacarıqların
formalaşdırılması, ekoloji anlayışların öyrədilməsi metodikası haqqında
məlumatlar verilmişdir. Tədris prosesində ətraf mühitdə baş verən dəyişikliklər
və ətraf mühitin, təbiətin mühafizəsi üsullarından bəhs edilir. Kimya sənayesi
nəticəsində ətraf aləmə, xüsusən də atmosferə atılan çirkləndiricilərin növləri
şagirdlərin diqqətinə çatdırılmışdır.