Rauf Sultanov

Açar sözlər: bioetika, sağlamlıq, bilik, bacarıq, insan, pedaqoji bioetika, fəal təlimin mərhələləri

Rauf Lütfəli oğlu Sultanov

FƏAL TƏLİM PROSESİNDƏ PEDAQOJİ BİOETİKANIN

BİOLOJİ BİLİKLƏRLƏ ƏLAQƏLİ ÖYRƏNİLMƏSİNİN İMKAN VƏ YOLLARI

Xülasə. Bioetika insanı əhatə edən canlı aləmdə yeni təfəkkür tərzi kimi meydana çıxmışdır. Bioetikanın bir sahəsi pedaqoji bioetikadır. Pedaqoji bioetikanın əsas vəzifəsi müəllim – şagird, müəllim – valideyn arasında normal etik münasibətlərin yaradılmasıdır. Məqalədə fəal təlim prosesində pedaqoji bioetikanın bioloji biliklərlə əlaqələndirilməsinin imkan və yolları təhlil edilir, araşdırılır. Bioetika biliklərin tədrisi prosesində sinfin mərhələləri şagirdin yaşı, inkişaf səviyyəsi nəzərə alınaraq təlim metodları və formaları seçilməlidir. Məqalədə 6-11-ci siniflərdə fəal təlimin mərhələləri üzrə pedaqoji bioetikanın bioloji biliklərlə əlaqəli tədrisinin mahiyyəti və onun öyrənilmə dərəcəsi açıqlanır. 

Cild 90, №3 2023

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI