Əliyənnağı Məhərrəmov
Açar sözlər: təlim, tərbiyə, təfəkkür, dünyagörüşü, ekoloji tərbiyə, estetik
tərbiyə, vətənpərvərlik tərbiyəsi, şəxsiyyətyönümlülük, tərbiyəedici
Əliyənnağı Məhəmmədtağı
oğlu Məhərrəmov
BİOLOGİYA FƏNLƏRİNİN
TƏDRİSİ ZAMANI MÖVZULARIN
TƏRBİYƏEDİCİ İMKANLARININ
NƏZƏRƏ ALINMASI
Xülasə. Məqalədə əsaslandırılır ki, müasir dövrdə məktəblərimizin
qarşısında duran əsas vəzifələrdən biri fənlərin (biologiya) tədrisi prosesində
geniş savada, intellektə malik gənclər yetişdirməklə bərabər mənəvi cəhətdən
mükəmməl, hərtərəfli inkişaf etmiş, yüksək mədəniyyətə malik şəxsiyyət
formalaşdırmaqdır. Biologiya müəllimi hazırlığında hərtərəfli, düzgün
tərbiyənin verilməsi, elmi dünyagörüşünün formalaşdırılması vacibdir.
Göstərilir ki, biologiya təlimi prosesində hər bir müəllim şagirdlərə bilik
verməklə yanaşı proqram əsasında tərbiyənin əsaslarını da çatdırmalıdır. Bütün
tərbiyə növləri eyni zamanda aparılmalı və bir-birini tamamlamalıdır. Məqalədə
biologiya fənləri şagirdlərə yurdumuzun fauna və florası haqqında bilik
verməklə yanaşı, onları sevmək, qorumaq, vətənpərvərlik kimi hisslərin tərbiyə
olunmasına geniş yer verilmişdir. Əsərdə xüsusi olaraq gəstərilir ki, mövzuya,
onun mahiyyətinə müvafiq fəal təlim üsullarının düzgün seçilməsi təlimin
tərbiyəedici vəzifəsinin səmərəliliyini artırır, onu daha da intensivləşdirir.
Tədqiqatın əsası kimi göstərilir ki, biologiya müəllimi həm də tərbiyəçidir.
Əsərdə biologiya müəlliminin tərbiyəçilik vəzifələri sistemləşdirilərək
verilmişdir.