Afaq Sadıqova
Açar sözlər: etiket formulları, nitq etiketi, ünsiyyət, ünsiyyət şəraiti,
münasibət, etiket lüğəti
этикетная лексика
Afaq Allahverdi qızı
Sadıqova
RUS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ
ETİKET FORMULLARININ
MÜQAYİSƏLİ ÖYRƏNİLMƏSİ
Xülasə. Məqalədə rus və Azərbaycan dillərində müxtəlif etiket
formullarının yaranma tarixindən, bu söz və ifadələrin müxtəlif ünsiyyət
situasiyalarında istifadəsindən bəhs edilir, həmçinin hər iki dildə etiket
formulları təqdim olunur. Şəraitdən asılı olaraq etiket formulları fərqli ola
bilər. Nitq etiketi müəyyən nitq davranış qaydalarını ifadə edir. Etiket
formulları cəmiyyətdə qəbul edilən, demək olar ki, bütün hallar üçün nəzərdə
tutulmuş sabit ifadələrdir və həm yazılı, həm də şifahi formada, bütün üslub və
janrlarda mövcuddur. Bu ifadələr görüşərkən və ayrılanda, kiməsə təşəkkür
edəndə və ya üzr istəyəndə, tanışlıq vəziyyətində və bir çox başqa hallarda
etiket formullarının köməyi ilə münasibət bildirirlər. Etiket formulları
strukturuna və semantikasına görə bir çox dildə eynidir.